Keçmiş işçisi DGK-nı qanunsuzluqda ittiham edir

OXUNUB: 189 İQTİSADİYYAT
Dövlət Gömrük Komitəsi (DGK) ilə keçmiş işçisi Elnur Mirəzyev arasında məhkəmə çəkişməsi davam edir.

 DGK-dakı işindən çıxarılan Elnur Mirzəyev bu addımı əsassız hesab edir və işə bərpa tələbi ilə məhkəməyə üz tutub. 

Lakin birinci instansiya məhkəməsinin qərarı onu qane etməyib. Bu baxımdan o, apellyasiya şikayəti verib.

Elnur Mirzəyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsində Cahangir Yusifovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

İş üzrə oktyabrın 5-nə məhkəmə baxışı iclası təyin edilib. 

RƏYLƏR