19 yaşlı tələbə keçmiş sevgilisinə təcavüz etdikdən sonra onu qətlə yetirib.
İcmal.Az goldnews.az-a istinadən xəbər verir ki, Rusiyada yaşayan 19 yaşlı İsxakov keçmiş sevgilisinə qarşı dəhşətli addım atıb. Qızı əvvəlcə bıçaqlayan, daha sonra boğan manyak qızın cansız bədəni ilə cinsi əlaqəyə girib.
Gənc bütün bu vəhşilikləri etdikdən sonra məktub yazaraq özünü asıb. "Evinə getdiyim zaman o, mətbəxdə idi. Üzünə vurdum və yerə düşdü, ağzından qan gəlməyə başladı. Məndən getməyimi istədi. Getmədim və onu boğmağa başladım. Nəfəs aldığını gördüm və onunla cinsi əlaqəyə girdim. İşimi bitirdikdən sonra qəlbinin atdığını hiss etdim və mətbəxdən bıçaq götürüb, onun boğazını kəsdim, qabırğalarını deşdim. Boğazını iplə sıxaraq boğdum. Sonra onunla yenə birlikdə oldum və bu məktubu yazmağa qərar verdim",-deyə cinayətkarın məktubunda deyilir.
Məktubun sonunda isə manyak öz və qızın ailəsindən üzr istəyib.
İcmal.Az