Keçmiş Türkiyə gözəli komaya düşdü - beyni öldü -FOTO

OXUNUB: 746 ŞOU-BİZNES

1975-ci ildə "Miss Türkiyə” gözəllik müsabiqəsində ikinci yeri qazanan Manolya Onurun beyin ölümünün gerçəkləşdiyi bildirilib.

  Bu barədə onun müalicə aldığı xəstəxanadan yayılan açıqlamada deyilir.

"18 oktyabr 2017-ci il tarixində ani baş verən masif ağciyər emboliyası ilə xəstəxanamıza daxil olan və reanimasiyada müalicə alan Manolya Onurun beyin ölümü gerçəkləşdi”, - deyə xəstəxanadan bildirilib.

Manolya Onur 1955-ci ildə dünyaya gəlib. Son Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi Haydarabad Nizamı Mukarram Bereket Jah ilə 1990-cı ildə evlənib, 1994-cü ildə boşanıb. Bu evlilikdən Şahzadə Nilufər Jah doğulub. Manolya Onur keçmiş həyat yoldaşına qarşı qaldırdığı 5 milyon dollar miqdarında təzminat davasını 2006-cı ildə qazanıb. Lakin pulun hamısını ala bilməyib./oxu

 

RƏYLƏR