Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin
aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.
Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın
nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb.
Belə şəxslərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Vaxtilə,
Hesablama Palatasının sədri olan Heydər Əsədov digər komanda üzvlərindən fərqli
olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla
quda olan və sonradan nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya
qalmaqallarında hallanmağa başlayıb.
Nazirin bu yaxınlarda yeni villa aldığnı öyrəndik. Saytımızı bununla bağlı
bilgiləndirən mənbə Heydər Əsədovun aldığı villanın fotosunu da təqdim edib.
Bakının "Milyonerlər Məhəlləsi” adlanan məkanda olan villanı Heydər Əsədovun 6
milyona aldığı bildirilir.
Məlumatda qeyd olunur ki, artıq nazir Bakının Səbail rayonundakı ("Torqovı”
adlandırılan-red) mənzilindən yeni villasına köç edib./rublika.az
İCMAL.az