Kim Çen In: Nüvə düyməsi masamın üzərindədir

OXUNUB: 738 DÜNYA

Şimali Koreya 2017-ci ildə milli nüvə qüvvələrin yaradılmasını yekunlaşdırıb.

Bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.

Onun sözlərinə görə,  KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır. 

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir. 

"ABŞ-ın bütün ərazisi nüvə silahımızın əhatə dairəsindədir. Nüvə düyməsi isə masamın üzərində. Bu reallıqdır, təhdid deyil,” - deyə o bildirib. /oxu

İcmal.Az

RƏYLƏR