Kiyevdə hüquq müdafiəçisinin qatili saxlanıldı

OXUNUB: 482 DÜNYA

Ukrayna hüquq mühafizə orqanları hüquqşünas İrina Nozdrovskinin qətlində şübhəli bilinən şəxsi saxlayıb.  

 Bu barədə "Интерфакс-Украина” agentliyi Ukrayna Daxili İşlər Nazirliyinin kommunikasiya departamentinin rəhbəri Artyom Şevçenkoya istinadən məlumat yayıb.

"Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanlılıb”, - deyə Şevçenko bildirib. Rəsmi nümayəndə təfərrüatın bir qədər sonra ictimailəşdiriləcəyini əlavə edib.

Məlumatda qeyd olunur ki, İrina Nozdrovksinin qətlində şübhəli bilinən Yuri Rossoşanski hüquqşünası Demidov qəsəbəsində aralarında yaranan mübahisə zəminində qətlə yetirdiyini etiraf edib:

"Şəxs dindirilərkən verdiyi ifadədə dayanacaqda mübahisə düşdüyünü, mübahisənin gərginləşməsindən sonra üzərində olan bıçaqla hadisə qurbanının boyun nayihəsinə zərbələr endirdiyini söyləyib. Cinayəti törətdikdən sonra o, qadının meyitini  çaya qədər sürüyüb, üzərində qan ləkələrinin qaldığı geyimini isə evin sobasında yandırıb”.

Məhkəmə bu gün Rossoşanski barəsində qətimkan tədbiri seçəcək. Dövlət ittihamçısı girovla şərti azad edilmə hüququ verilmədən həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək./oxu

İcmal.Az

RƏYLƏR