Könül Xasıyevaya qarşı dələduzluq

OXUNUB: 890 ŞOU-BİZNES

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Bu barədə qafqazinfo-ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".

Könül Xasıyevanın verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Avtomaşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm".

 

İcmal.Az

RƏYLƏR