Konsulun arvadı Bakıda qəzaya düşdü

OXUNUB: 697 HADİSƏ

Bakıda Cənubi Koreya vətəndaşı qəzaya düşüb.

İcmal.Az report-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Şahin Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobil Cənubi Koreya vətəndaşı Lee Eun Heeyin idarə etdiyi "Hyundai-Tucson" markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya düşən xarici vətəndaş Cənubi Koreyanın Azərbaycandakı konsulunun həyat yoldaşıdır.

İcmal.Az

RƏYLƏR