"Kontakt Home" satdığı xarab kondisionerin pulunu tələb edir - ŞİKAYƏT

OXUNUB: 247 İQTİSADİYYAT
"Kontakt Home”dan kreditlə aldığımız kondisioner istilik vermir. Bunu mağazanın ustaları da təsdiq edir. Ancaq mağaza bizə satdığı xarab məhsulu nə dəyişir, nə geri götürür. Bu mağazadan aldığımız artıq üçüncü əşyadır ki, keyfiyyətsiz və xarab çıxır.
Bu barədə vətəndaş Mətanət Fərəcova şikayət yayıb. O bildirir ki, "Kontakt Home” rəhbərliyi onlara satdıqları xarab mıhsula görə ödəniş də tələb edir:

"14 sentyabr 2022 –ci il tarixindən "Kontakt Home” mağazalar şəbəkəsinin Yasamal filialından kreditlə kondisioner almışam. 20 gün ərzində kondisioneri Quba şəhərinə gətirdilər. Özlərinin ustaları kondisioneri quraşdırdı, işləyib işləmədiyini yoxladılar. Hava isti olduğu üçün kondisionerin istilik sistemini yoxlamadıq. Əvvəldən kondensioneri alan zaman mağazada işləyən satıcıdan məsləhət aldım ki, Quba soyuq yerdi, mənə istiliyi yaxşı olan kondisioner verin 24 kvadratlıq yer üçün. O mənə 3040 kvadratı qızdıran kondisioneri məsləhət gördü. Hava soyuduqdan sonra kondisioneri işlətdik, gördük ki, istilik vermir. Bakıya gəldik mağaza müdiri Pərviz adlı şəxsə yaxınlaşdım. Məlumat verdikdən sonra bizə usta göndərdilər. Usta da kondisionerin istilik vermədiyini təsdiq etdi və bildirdi ki, bu birinci belə hal deyil. Ancaq mağazadan zəng edib ustanın dediklərinin tam əksini dedilər bizə ki, guya kondisioner istilik verir, tam normaldır. Bizə iki dəfə özlərinin ustalarını göndəriblər və ustalar da bizim dediyimizi təsdiqləyir ki, bizə satılan kondisioner istilik vermir. Buna baxçayaraq biz məhsulu nə dəyişə, nə geri qaytara bilirik. Üstəlik bizdən kredit ödənişini də tələb edirlər. Istilik vurmayan, normal çalışmayan məhsula görə niyə ödəniş etməliyik ki?”./Tribunainfo.az
 

RƏYLƏR