"Kontakt Home” mağazalar şəbəkəsinin əməliyyat sistemi çöküb.
Sistemin çökməsi şəbəkənin müştərilərə xidmət göstərməsində problem yaradıb, mağazaların önündə uzun növbələr əmələ gəlib.
"Kontakt Home” mağazalarında müştərilərə əməliyyat çekləri əl yazısı ilə verilir.
Müştərilər mövcud durumdan narazıdırlar. Onlar problemin aradan qaldırılmadığını və vaxtlarını mağazada itirtdiklərini qeyd edirlər.
Problemin nə olduğu və nə zaman aradan qaldırılacağı ilə bağlı "Kontakt Home”dan açıqlama verilməyib./Yenicag.az