Kredit ödəməmək üçün plastik əməliyyat etdirdi

OXUNUB: 823 DÜNYA

Çinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə plastik əməliyyat etdirib.

Hadisə Çinin Uxan şəhərində baş verib. Məhkəmə 59 yaşlı qadının banka olan 25 milyon yuan ( 3,7 milyon dollar) borcunun ödəməsi ilə bağlı qərar çıxarıb. 

Bundan sonra qadın pulu qaytarmamaq üçün plastik əməliyyat etdirib. Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər.

Qeyd edək ki, bu il ərzində Çində banka olan borcunu ödəmək istəməyən 180 nəfər saxlanılıb. /azvision
 
 
İcmal.Az

RƏYLƏR