Küçə iti qadını belə xilas etdi – Video

OXUNUB: 438 MARAQLI

Feysbuk sosial şəbəkəsində küçə itinin qadını soyğunçudan necə xilas etməsini əks etdirən video yayılıb.

 Hadisə Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Köhnə aerodrom rayonunda baş verib.

Naməlum şəxs qadını küçədə izləyib. Qəfildən ona yaxınlaşıb və çantasını əlindən alaraq qaçmağa başlayıb. Bu zaman yolda dayanmış küçə iti soyğunçuya hücum edib. Nəticədə qarətçi məqsədinə nail ola bilməyib və qaçaraq hadisə yerindən uzaqlaşıb./teleqraf.com


İcmal.Az

RƏYLƏR