Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində 1999-cu il təvəllüdlü İsgəndərov Elçin Elxan oğlunun batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
İcmal.Az