Latviyada rusiyalı jurnalist saxlanılıb

OXUNUB: 516 DÜNYA

Yanvarın 2-də Latviya polisi paytaxt Riqanın mərkəzində heç bir ittiham irəli sürmədən Rusiyanın "ТВЦ” telekanalının jurnalisti Anatoli Kurlayevi saxlayıb.

İcmal.Az xəbər verir ki, bu barədə Latviyanın rus dilində yayımlanan Baltkom radiousuna jurnalistin özü şəxsən bildirib.

Yanvarın 1-də Riqaya gələn Kurlayevin sözlərinə görə, xüsusi xidmət orqanlarının əməkdaşları onu mehmanxanada axtarsalar da, tapmayıblar.

"Mən dünən (1 yanvar – red.) Riqaya gəldim. Mehmanxanada məni tapa bilmədilər, ticarət mərkəzində saxladılar və bildirdilər ki, Latviyaya səfər etməyimə ömürlük qadağa qoyulub. Səbəbləri mənə demədilər. Bildirdilər ki, qadağa 2015-ci ildən qüvvədədir və Daxili İşlər Nazirliyi tərəfindən imzalanıb. Sadəcə 2015-ci ildən arzuolunmaz şəxs elan olunduğum yazılmış kağızları mənə göstərdilər. Orada həmçinin dövlətə təhdidlər haqqında da qeydlər var idi”, - deyə, Kurlayev bildirib. 

Müvafiq sənədlərin təqdim olunmasından sonra jurnalist Moskvaya deportasiya olunub.

Kurlayevin bildirir ki, o, Latviya qanunlarını heç zaman pozmayıb:

"Ağlıma gələn yeganə məqam odur ki, burada bir neçə film çəkmişəm. Yəqin ki, həmin filmlərdən birindən sonra qadağa qoyulub. 2015-ci il mənim Baltikyanı ölkələr haqqında "NATO qapımızın ağzındadır” adlı filmi efirə buraxmışdım. Həmin filmdə Latviyada həyat və ümumilikdə Rusiyaya münasibətlərdən söhbət gedirdi”, - deyə, jurnalist bildirib.

Öz növbəsində polis tərəfindən saxlanılmış jurnalistin çalışdığı "ТВЦ” teleşirkəti hadisə ilə bağlı bəyanat yayıb:

"Anatoli Kurlyaev şəxsi səfərlə əlaqədar Latviyada olub. Eyni zamanda teleşirkətdə hesab olunur ki, "ТВЦ” əməkdaşının deportasiyası Latviya hakimiyyətinin Rusiya KİV-ə qarşı qərəzli münasibəti və onların əsas söz azadlığı prinsiplərini rəhbər tutmağa hazır olmadıqlarından xəbər verir”, - deyə, məlumatda qeyd olunur.

İcmal.Az

RƏYLƏR