Lavrov Misirə taxıl ixrac ediləcəyini açıqlayıb

OXUNUB: 298 Özəl İQTİSADİYYAT DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirdə həmkarı Samih Şükri ilə görüşüb. O xatırladıb ki, Rusiya lideri Vladimir Putin və Misir prezidenti Sisi arasında telefon danışığı olub. O bildirib ki, Rusiyanın taxıl ixracında bütün öhdəliklərini yerinə yetirəcəyi bir daha təsdiqlənib. Lavrov İstanbulda imzalanan taxıl daşınması müqaviləsinə də toxunub. O, həm Ukraynadan, həm də Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması üçün səy göstərdiklərini bildirib. Ukrayna müharibəsi başlamazdan əvvəl Misir taxıl ixracının 85%-ni Rusiya və Ukraynadan həyata keçirirdi.

7NEWS.az

RƏYLƏR