Ölən məhkum morqda dirildi - 3 həkim öldüyünü demişdi

OXUNUB: 513 DÜNYA

İspaniyada bir məhkum üç fərqli həkimin "öldü" diaqnozundan sonra aparıldığı xəstəxananın morqunda oyanıb.

 Qonzalo Montoya Ximenez adlı məhkumun cəsədinin yarılmasından saatlar öncə şüuru özünə qayıdıb.

Ailəsinin dediyinə görə, Ximenezin bədəni oyanmadan öncə yarılmaq üçün hazır vəziyyətə gətirilibmiş.

Məhkumun Oviedo şəhərindəki bir xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi deyilir.

 

Qeyd edək ki, Ximenezin "ölümü" həbsxanadakı üç həkim tərəfindən müəyyən edilib və cəsədinin yarılması üçün xəstəxanaya göndərilib./milli

İcmal.Az

RƏYLƏR