“Lido” restoranında qanun pozuntuları aşkar EDİLDİ

OXUNUB: 561 GÜNDƏM İQTİSADİYYAT HADİSƏ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Xidmət) vergidən yayınma hallarının qarşısının alınması və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ötən gün Binəqədi qəsəbəsi, Atatürk prospekti, 69 ünvanındakı Qarayev Amal Veyis oğluna məxsus "Lido” restoranında operativ vergi nəzarəti tədbiri keçirib. Nəzarət tədbiri zamanı obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, nağd ödəmələr zamanı nəzarət kassa aparatına çek vurulmadığı kimi hallar müəyyən edilib.

Aparılan araşdırmalar zamanı 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilib. Fiziki şəxs aşkar edilmiş faktlarla bağlı izahat verməkdən imtina edib və əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçilərin izahat verməsinə mane olub. Sahibkar barədə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyati üzrə Binəqədi rayon məhkəməsinə göndərilib.

Eyni zamanda, "Lido” restoranında karantin qaydalarının pozulduğu və toy mərasiminin keçirilməsi faktı da müəyyən edilib. Binəqədi Rayon Polis İdarəsi fiziki şəxs və qonaqlar barədə karantin qaydalarının pozulması haqqında protokollar tərtib edib.

Əmək və vergi qanunvericiliyinin pozulması faktları üzrə araşdırmalar davam edir.

"Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələrinin bağlanmasını təmin etmək, əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatlarından istifadə etmək onların vəzifəsidir və bu tələblərin pozulmasına görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edilib", - deyə Xidmət bəyan edib./Hit.az

RƏYLƏR