"OBA" marketin pendiri uşağı ZƏHƏRLƏDİ - VİDEO

OXUNUB: 192 GÜNDƏM İQTİSADİYYAT HADİSƏ
"OBA" marketdə satılan pendirdən zəhərlənmə olub. 

Uşağı zəhərlənən valideyn deyir ki, şikayətim "OBA" marketdəndir:

"Vaxtı keçmiş pendir satdıqları üçün uşaq zəhərləndi. Mən də işin arxasınca düşdüm. Qəbzi, pendirin paketini və 10 gün sonra belə hələ də həmin məhsulun satışda olduğuna dair videonu sübut kimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təqdim etdim. Amma Agentliyin cavabı o oldu ki, biz gedəndə vaxtı keçmiş məhsul yox idi”.

AQTA-dan verilən cavab belə olub:

"Sizin Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında fəaliyyət göstərən "OBA” marketdən aldığınız mozarella pendirinin son istifadə tarixinin bitməsindən və qəbul etdikdən sonra övladınızın zəhərlənməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin "Çağrı Mərkəzi”nə daxil olmuş müraciətinizə aidiyyəti üzrə agentliyin Bakı regional bölməsində baxılmışdır.

Müraciətlə əlaqədar olaraq əməkdaşlarımız tərəfindən yuxarıda qeyd olunan ünvanda fəaliyyət göstərən "OBA market”də plandankənar yoxlama aparılmışdır. Araşdırma zamanı tərəfimizdən sözügedən mağazada saxlama müddəti ötmüş məhsullar aşkarlanmamışdır”. 

Qeyd edək ki, şikayətçi tərəf hələ də həmin məhsulun "OBA” marketdə satıldığını bildirib. /Lent.az
 
 
 


RƏYLƏR