Ölkə bazarını effektivliyi sübut olunmayan dərmanlar üçün kim açıb?

OXUNUB: 381 Özəl HADİSƏ

Ölkədə keyfiyyətsiz dərmanlar problemi dərinşləşdikcə bu problemin müzakirəsi də geniş vüsət almaqdadır...

 

Əvvəlki materialımızda məlumat verdiyimiz ITV-dəki verilişdən sonra ARB kanalının efirində də Azərbaycanda keyfiyyətsiz dərman problemi ilə bağlı reportaj yayımlanıb.

Tanış olun:

Aparıcı jurnalist tərəfindən mövzu ilə əlaqədar dəqiq suallar seçilmişdir – "...bunun günahkarı ölkəyə dərmanları idxal edən şirkətlərdə və ya onların keyfiyyətini yoxlayan qurumlardadır?”.

Jurnalistlərin suallarına cavab verən Bakı sakinləri apteklərdə satılan dərmanların effektiv olmadığını və ya əks təsir göstərdiyini söyləyirlər. Respondentlərdən biri isə dərmanları yalnız xaricdən aldığını deyir.

Daha sonra məsələ ilə bağlı rəy bildirən həkim-nevroloq Qalib Əsədov öz peşə təcrübəsinə əsaslanaraq ölkə bazarında satılan dərmanların əksər hallarda lazımi müalicəvi effektin vermədiyini deyir. Həkimin sözlərinə görə keyfiyyətli dərmanın tapılması müşkül məsələyə çevrilib, satılan dərmanların əksəriyyəti isə orijinal dərmanların əvəzediciləridir.

Qaldırılan məsələlərlə bağlı mövqeyini bildirən Analitik Ekspertiza Mərkəzinin (AEM) nümayəndəsi hər zaman olduğu kimi AEM tərəfindən dərmanların keyfiyyət standartlarının yoxlanıldığını söylədi.

Ən iri idxalçı şirkəti olan "Avromed”in nümayəndəsinin müsahibəsi isə daha maraqlı oldu. İlk təsəvvürdən "Avromed” nümayəndəsinin "dərman keyfiyyətsiz olsa AEM onun idxalına icazə verməyəcək”, ifadəsi şirkət tərəfindən AEM-in müdafiə etməsi anlamına gəlir. Lakin faktiki olaraq "Avromed”in nümayəndəsi dərmanların keyfiyyətilə bağlı məsuliyyəti AEM-in üzərinə qoyur. Sözlərinin mahiyyətinə görə əczaçılıq şirkətləri yalnız AEM-in icazəsi olduqda dərmanları idxal edə bilərlər. Razılaşmamaq çətindir, çünki ölkədə dərman vasitələrinin keyfiyyətini yoxlayan yeganə orqan AEM-dir.

Analitik Ekspertiza Mərkəzi bu vacib qaydaya riayət edirmi?

Lakin qayıdaq həkim Qalib Əsədovun orijinal dərmanların əvəzediciləri ilə bağlı sözlərinə. Apardığımız araşdırma nəticəsində məlum olur ki, dəmanlar 2 hissəyə bölünür – orijinal, yəni ilk icad olunan və onun generikləri, yəni orijinal dərmanla eyni təsirə malik olan analoji preparatlar. Əslində bazarda generiklərin olması normal praktikadır. Lakin generiklərin idxalına icazə yalnız onların orijinal preparatlarla bioloji ekvivalentliyi sübut olunduqda verilə bilər.

AEM bu vacib qaydaya riayət edirmi? Time.tv-nin paylaşdığı materiallar bununla bağlı ciddi şübhələr yaradır. Bu materiallara əsasən AEM bir çox hallarda bioloji ekvivalentliyinə dair ekspert rəyi olmadan generik preparatlarını dövlət qeydiyyatına alır. Bu isə həkimin sözlərinə aydınlıq gətirir. Deməli ölkəyə ucuz və effektivliyi sübut olunmayan dərmanların idxalına yol açılır. Bu dərmanlar isə orijinal preparatlar və keyfiyyətli generikləri bazardan sıxışdırır. Ölkənin dərman bazarındakı mövcud vəziyyəti yalnız bu məntiqin prizmasından izah etmək mümkündür.

Məhz bu səbəbə görə bu günlərdə digər telekanalda - Xəzər Tv-də dərmanların keyfiyyətinə həsr olunmuş video süjeti şərh edən aparıcı Aytən Səfərova "google”-da axtarışda tapılmayan dərmanların Azərbaycan apteklərində tapıldığını deyir

Tanış olun:

"Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.
Bunu bu yaxınlarda sıravi həkim yox, tibb elmləri doktoru, Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib.

Tanış olun: Deputat: "Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”

Deputat Əli Məsimli də həmkarının fikri ilə razıdır və ARB-24 kanalının efirində Azərbaycana idxal olunan dərmanların əksəriyyətinin saxta olduğunu deyir.

Tanış olun: 

Problem hökumət səviyyəsində də dəfələrlə qaldırılmışdır. Belə ki, Baş nazirinin müavini Əli Əhmədov hələ 2018-ci ildə Səhiyyə Nazirliyini dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsinə çağırış edib.

Tanış olun: "Səhiyyə Nazirliyi dərmanların keyfiyyətinə nəzarəti gücləndirməlidir"

Lakin mövzu ətrafında xüsusi ilə son aylarda KİV-lərdə, sosial şəbəkələrdə, tibb aləmində, Milli Məclisdə və bütövlüklə cəmiyyətdə gedən diskurs onu göstərir ki, nəzarət gücləndirilməyib ki, daha da zəifəyib. Bəzən isə elə təsəvvür yaranır ki, Azərbaycanda Səhiyyə nazirliyi adlı bir qurum ümumiyyətlə mövcud deyil.

Biganəlik, qeyri-peşəkarlıq yoxsa korrupsiya?

Dərmanların keyfiyyətində problem olduqda müalicə prosesi də effektiv olmayacaq. Yuxarıda və əvvəlki materiallarımızda göstərdiyimiz faktlar isə problemin mövcudluğunu göz qabağında olduğunu göstərir. Təsvir etdiyimiz vəziyyətin 3 mümkün səbəbini araşdırdıq:

1. AEM-də texniki imkanların olmaması
2. Peşəkar kadrların çatışmazlığı
3. Korrupsiya

Son illər bütün dövlət müəssisələrində texniki təchizatının yüksək standartlara uyğun təmin edilməsini nəzərə alsaq birinci versiya indandırıcı görünmür. Açıq mənbələrdə olan məlumatlar onu göstərir ki, məsələnin kökü digər iki səbəbdə ola bilər. Məsələn bəzi mənbələrdə AEM-in rəhbəri Murad Süleymanov Səhiyyə nazirliyindəki dərman mafiyasının başı kimi göstərilir (http://gundeminfo.az/manset/40438-derman-mafiyasinin-sehiyye-nazirliyindeki-bashi-kimdir-.html). Digər mənbələr isə AEM tərəfindən keyfiyyətsiz dərmanlara müsbət rəyin alınması üçün 5000-10000 manat miqdarında rüşvət götürdüyünü göstərir (https://hokm.az/sehiyye-nazirliyinde-sok-korrupsiya-sistemi-detallar/). Kadr siyasətində də korrupsiyanın olduğu bildirilir.

Murad Süleymanov nəyə və kimə arxayındır?

Hər bir halda göstərilən halların olub olmamasının araşdırılması bizim yox Səhiyyə nazirliyinin, bəlkə də hüquq mühafizə orqanlarının işidir. Bizim işimiz sadəcə faktın konstatasiyasıdır. Fakt isə ondan ibarətdir ki, dərman bazarı barbad vəziyyətdə, AEM isə ona həvalə edilən vəzifələrinin öhdəsindən gəlmir. Beləliklə istehlakçıların, həkimlərin, siyasətçilərin, cəmiyyətin narazılğı göz qabağındadır. Bəs Səhiyyə nazirliyi və Murad Süleymanov niyə susurlar? Murad Süleymanov nəyə və kimə arxayındır? Bütün qoyduğumuz suallara cavab axtarışındayıq. Araşdırma davam edir.

Mövzu ilə bağlı əvvəlki materiallarımız:

RƏYLƏR