“Azərbaycan üçün kənd təsərrüfatının sahəsi həmişə prioritet məsələlərdən olmuşdur" - DEPUTAT

OXUNUB: 0 Özəl İQTİSADİYYAT
Cənab İlham Əliyevin hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra elə ilk təşəbbüslərindən biri regional inkişaf proqramı idi. Əlbəttə ki regionların inkişafının tərkibində kənd təsərrüfatı xüsusi yer tutmuşdu. Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı  bildirdiyi kimi 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və bu proqramın davamlı olması nəticədə regionlarımızın inkişafı istiqamətində böyük rol oynadı. Bu gün regionlarımızda bəzi sahələrdə olan infrastruktur heç də paytaxtdan və regionun digər ölkələrində geri qalmır”. 
Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Əksər sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında həyata keçirilən tədbirlər öz unikallığı ilə fərqlənir. Bunu əminliklə deyə bilərik ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq  və s. kimi güzəştlərdən fermerler yararlana bilir. Əlbəttə bu güzəştlər dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. İllərdir həyata keçirilən bu tədbirlər hər il müxtəlif sahələrdə məhsuldarlığın artmasında özünü göstərir”. 
Deputat qeyd edib ki, bu gün biz dünyada gedən proseslərə nəzər saldıqda gorürük ki, yüksək səviyyədə urbanizasiya prosesi gedir. "Bu urbanizasiya prosesi ölkəmizdə də mövcuddur. Azərbaycanda isə bu prosesin qarşısını almaq üçün illər əvvəldən Regional İnkişaf Proqramı, proqramlar qəbul edilmişdir. Cənab prezidentin vurğuladığı kimi bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Nəticədə kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Bu baxımdan əminliklə demək olar ki, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçiriləcək dövlət proqramı da regionların inkişafına töhvə verəcək. Əlbəttə bu proqram yalnız kənd təsərrüfatının inkişafı deyil, həmçinin ərzaq təhlükəsizliyi, məşğulluq, özəl sahibkarlığın inkişafında da mühüm rol oynayacaq”.

RƏYLƏR