7NEWS.az xəbər verir ki, Florensiyanin məşhur Fortezza Da Basso qalereyasında 13-cü beynalxalq rəsm sərgisi start götürüb. Açılış mərasimində tanınmış incəsənət nümayəndələri və Florensiyanın rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxın əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib. Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib. AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımız gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsərini nümayiş etdirib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Elaya media dəstək Neapol-Baki Assosiasiyası tərəfindən göstərilir. Tədbir oktyabrın 31-də başa çatacaq. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu – FOTOLAR
21.05.2024, 13:55 / Özəl, QHT, SOSİAL -
"ASAN xidmət"in “StartapFest Naxçıvan” tədbirinə start verilib
20.05.2024, 16:51 / Özəl, SOSİAL -
Nəsimi rayonunda “Uşaqlara qarşı zorakılığın qarşısının alınması” barədə maarifləndirici görüş keçirilib
20.05.2024, 16:49 / Özəl, SOSİAL -
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
20.05.2024, 16:47 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
20.05.2024, 11:54 / Özəl, SOSİAL -
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Ankara şəhərində mühüm görüşlər keçirib
19.05.2024, 20:17 / Özəl, SOSİAL -
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
19.05.2024, 13:45 / index-manşet, SOSİAL