Ölkəyə qanunsuz yolla xeyli sayda mobil telefon keçirilməsinin qarşısı alınıb

OXUNUB: 583 HADİSƏ

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa sol "qanadının" içərisində 49 ədəd müxtəlif markalı telefonlar, qabaq sol "qanadında" isə həmin telefonlara aid 49 ədəd qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR