Makron: Trampı inandırdıq, türkləri ruslardan ayırdıq

OXUNUB: 495 DÜNYA

Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

İcmal.Az-ın xəbərinə görə, o, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

"Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, - deyə o əlavə edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

"10 gün öncə Tramp "ABŞ Suriyadan çəkilməlidir”, - deyirdi.

Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.

İcmal.Az

RƏYLƏR