“Maşın Şou”nun yayımlanacağı vaxt və kanal bilindi

OXUNUB: 1226 ŞOU-BİZNES

"M Group Production” rəsmi olaraq məlumat verir ki, "Maşın Şou” may ayının 28-dən etibarən ATV kanalında yayımlanacaq.

İcmal.Az xəbər verir ki, MGP-nin mətbuat katibi Kubra Məhərrəmovanınbaku.ws-ə verdiyi məlumata görə, hər zaman olduğu kimi, avtomobilin ətrafında 18 ulduz iştirakçı toplaşacaq.

Şounu Azərbaycanın Əməkdar artisti Murad Dadaşov aparacaq. Tamaşaçılar hər axşam canlı olaraq saat 22:00-da həyəcan dolu efiri izləyə biləcək, sevdikləri ulduzlara dəstək olacaqlar.

Yenə də intriqa, qruplaşmaların amansız mübarizəsi gündəmi ələ alacaq.

"Maşın Şou”nun 14-cü sürəti tezliklə hamını bürüyəcək!

İcmal.Az

RƏYLƏR