Məcnun Məmmədov Kənd Təsərrüfatı naziri təyin olunacaq

OXUNUB: 1251 Özəl İQTİSADİYYAT
7NEWS.az-a daxil olan məlumata görə "PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan "Grand-Agro” MMC-nin direktoru Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin olunacaq. Qeyd edim ki, "Grand-Agro” MMC Abşeronda zeytun və badam bağları salır. 
"PMD”dən tanıdığımız Məcnun Məmmədov holdinqin bağçılıq üzrə biznesində önəmli layihələri idarə edir. Hazırda o, həmçinin "Agro Food Investment” MMC-nin direktorudur. Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

RƏYLƏR