Cəbrayıl rayon Tatar kənd tam orta məktəbinin riyaziyyat müəllimi Murad Rəsulzadənin "Məktəblilər arasında könüllülüyün təbliği" adlı layihəsi Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuşdur. Layihədə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin və Saatlı rayon V. Əsgərov adına 4 saylı tam orta məktəbin şagirdləri iştirak edir. Layihənin məqsədi Saatlı rayonu ərazisində yaşayıb təhsil alan yeniyetmələr arasında könüllülük fəaliyyəti haqqında məlumatlandırmaq, onların təşkilatçılıq bacarıqlarının artırılmasına, sağlam həyat tərzinin təbliğinə və vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır. Mövcud pandemiya şəraitinə görə, təlimlər MC Teams platforması üzərindən onlayn formada həyata keçirilir. Təlimlər könüllü fəaliyyət, könüllülüyün əhəmiyyəti, faydaları, rayon və kənd yerlərində könüllü fəaliyyət üçün imkanlar, effektiv ünsiyyət, şəxsi inkişaf və digər mövzuları əhatə edir. Təlimlərdən əlavə olaraq, şagirdlər dəvət olunmuş qonaqlarla onlayn formada görüşlərdə də iştirak edirlər.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT
10.05.2024, 14:12 / QHT, HADİSƏ -
Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək
03.05.2024, 12:52 / Özəl, QHT, SOSİAL -
Naxçıvan Dövlət Universitetinin tələbələri üçün QHT fəaliyyətinin əsaslarına dair mühazirə oxunub
01.05.2024, 17:41 / Özəl, QHT, SOSİAL -
QHT layihənin icrasını tamamladı
24.04.2024, 13:32 / Özəl, QHT -
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
23.04.2024, 17:37 / Özəl, QHT, SOSİAL -
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
18.03.2024, 13:13 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
18.03.2024, 10:46 / GÜNDƏM, Özəl, QHT