Məşhur aktrisa qayınatası ilə dodaq-dodağa - fotolar

OXUNUB: 754 ŞOU-BİZNES
73 yaşlı aktyor Maykl Duqlasla 48 yaşlı aktrisa həyat yoldaşı Ketrin Zeta-Cons uzun fasilədən sonra yenidən birlikdə görüntüləniblər.
 
Cütlük Los-Ancelesdə mərasimlərdən birində iştirak ediblər.

Tədbirdə aktyorun atası Kirk Duqlas və onun xanımı En Baydes də olub.

Ailənin bir-birinə qarşı səmimi hisləri gözdən yayınmayıb. Hətta paparazzilər Ketrini 100 yaşlı qayınatasının dodağından öpən yerdə tutublar. 

Qeyd edək ki, Duqlasla Zeta-Cons noyabrın 18-də evliliklərinin 17-ci ildönümünü qeyd edəcəklər. Cütlüyün 17 yaşlı oğlu, 14 yaşlı qızı var./axşam
 
 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR