Məşhur "avtoritet" İstanbulda güllələndi - FOTO

OXUNUB: 917 HADİSƏ
Postsovet məkanının kriminal aləmində "Pankisli Dato" ləqəbi ilə tanınan "lotu", 36 yaşlı çeçen David Alxanişvili İstanbulda güllələnib.
 D.Alxanişviloi gecə saatlarında cangüdənləri ilə restorandan çıxanda vurulub.

Yaxınlarını dediklərinə görə, "Dato" restoranda şam yeməyində olanda ona zəng ediblər. Naməlum şəxs "Dato"dan çölə çıxmasını istəyib

D.Alxanişvili restorandan çıxan kimi ona atəş açılıb. 6 güllə yarası alan "Pankisli Dato" olay yerində həlak olub.

İlkin versiyalara görə, Tariel Onianinin qruplaşmasına məxsus olan "Pankisli Dato"ya sui-qəsdin sifarişçisi hazırda Rusiyada həbsdə olan "Şakro Molodoy" ləqəbli Zaxariy Kalaşov ola bilər.

2011-ci ildə Onianinin adamları Kalaşovun qohumu, "Krasnodarlı Dato" kimi tanınan "lotu" David Ozmanova sui-qəsdi gerçəkləşdirmişdilər. Həmin sui-qəsddə D.Alxanişvili də iştirak etmişdi.

D.Alxanişvili bu gün Gürcüstanın Telavi rayonundakı Şalauri kəndində dəfn olunacaq./big

Məşhur
İcmal.Az

RƏYLƏR