Məşhur iş adamı və ailəsi həlak oldular – VİDEO - FOTO

OXUNUB: 585 DÜNYA

Britaniyanın tanınmış iş adamlarından biri, "Compass Group"şirkətinin banisi və sahibi Riçard Kazins ailəsinin 4 üzvü ilə birlikdə təyyarə qəzasında həlak olublar.

Qəza Avstraliyanın Sidney şəhərinin yaxınlığında, dekabrın 31-də baş verib.

"Sydney Seaplanes" aviaşirkətinin bir mühərrikli "Cessna" təyyarəsi Yeni Cənubi Uels ştatındakı Hoksberi çayına düşüb.

Sonucda 6 nəfər həlak olub. Həlak olanlardan biri pilotdur.

"Dərin hüznlə təsdiq edirik ki, Riçard Kazins və ailəsinin 4 üzvü 31 dekabr 2017-ci il tarixində Avstraliyada təyyarə qəzasında həlak olub", - "Compass Group" şirkətinin bəyanatında deyilir.

Qəzada 58 yaşlı milyonçu iş adamı Riçard Kazins, xanımı, 48 yaşlı Emma Bouden, 11 yaşlı qızı Hizer, oğulları - 23 yaşlı Edvard Kuzins və 25 yaşlı Uilyans Kuzins, habelə pilot Qaret Morqan həlak olublar./milli

 

İcmal.Az

Məşhur iş adamı və ailəsi həlak oldular – VİDEO - FOTO

 Məşhur iş adamı və ailəsi həlak oldular – VİDEO - FOTO


Məşhur iş adamı və ailəsi həlak oldular – VİDEO - FOTO

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR