Məşhur "nə kişi, nə qadın" canlı yayımda rüsvay oldu - VİDEO - FOTO

OXUNUB: 1046 MARAQLI

Britaniyanın Chanel 5 telekanalında ölkənin ən populyar realiti-şoularından olan "Celebrity Big Brother"in yeni mövsümü başlanır.

Dünən İngiltərənin Hartfordşir qraflığındakı Borhemvud şəhərindəki qəsrdə şounun təqdimat mərasimi keçirilib.

Şounun yeni mövsümünün iştirakçıları arasında "Liverpul"un sabiq ulduzu Con Barns, komik Dapper Laqs, aktyor Conni Mitçell, stənd-ap ustası Endryu Bredi, balet əfsanəsi Ueyn Son, məşhur transgender Kortni Akt və başqaları var.

Əsl ad və soyadı Şeyn Cilberto Cenek olan 35 yaşlı müğənni, aktyor və bəstəkar Kortni Akt səhnəyə qadın paltarında çıxmışdı.

Avstraliyadakı "RuPaul's Drag Race" transvestist şousunun ulduzu səhnədə təqdimat zamanı rüsvay olub.

Onun ətəyinin kəməri qəflətən qırılıb və aşağı düşüb. Naqolay, çılpaq vəziyyətdə qalan Kortni Akt nə edəcəyini bilməyib.

 

Canlı yayımda olan təqdimat mərasimindəki bu rüsvayçı kazusu aparıcılar "ört-basdır" etməyə çalışsalar da, Kortni Aktın pərtliyi aşkar görünürdü./milli

İcmal.Az

Məşhur

Məşhur


RƏYLƏR