Məşhur rəqqasənin oğlu öz ərindən deyilmiş - məhkəmə qərarı

OXUNUB: 712 ŞOU-BİZNES
Məşhur rəqqasə Tanyelinin keçmiş əri Yusuf Uğurla davam edən 8 illik məhkəməsi yekunlaşıb. 
Məhkəmə rəqqasənin oğlu Taylanın ərindən olmadığını təsdiqləyib. Yusuf Uğur Sadıkoğlu 1990-cı ildə 5 yaşında ikən himayəsinə aldığı Taylanın (33 yaş) öz oğlu olmadığını iddia etmişdi. O, məhkəməyə müraciət edərək "Tanyeli məni aldatdı, Taylan mənim uşağım deyil. DNT testi istəyirəm” demişdi. 

Rəqqasə isə keçmiş ərinin bunu reklam məqsədilə etdiyini söyləmişdi: 

"O, 14 yaşımda olarkən mənim həyatımı məhv etdi. Ana olanda hələ bədənim yetişməmişdi. Biz 6 illik münasibətdən sonra evləndik. Heç utanır? İllər sonra öz oğluna qarşı necə belə məhkəmə prosesi açdıra bilir? Taylan onun öz oğludur”.

Lakin məhkəmə Tanyelinin söylədiklərini inkar edən qərar verib. /axşam



İcmal.Az

RƏYLƏR