Məşhur ŞOUMEN: “Vəsiyyətnamə yazmadım, öləndən sonra...”

OXUNUB: 874 ŞOU-BİZNES

Tanınmış şoumen Mehmet Əli Erbil vəsiyyətnamə yazmadığını söyləyib.

 Tanınmış aparıcı müsahibəsidə övladlarına vəsiyyətnamə yazmadığını etiraf edib:

"Uşaqlarım var, analarına də hörmətim böyükdür. Etiraf edirəm ki, ayrılıqlarda 80 faiz günah məndə olub. Bununla belə indi durub boşanma səbəbləri haqqında danışmaq doğru olmaz. Onu da deyim ki, hər bir həyat yoldaşıma aşiq olaraq evləndim. Bir dəfə də evlilik müqaviləsi yazmadım. Əsl məhəbbət budur. Bazarlıq edərək evlilik olar?! Bir də mən insanlara güvənirəm. Rahat yatıram. Qarşımdakı fərqlidirsə, mənə nə. Vəsiyyətnamə yazmamışam. Mən öləndən sonra tufan qopacaq. Mənə nə, bir də o tərəfdə bunu düşünəcəyəm? Belə işlərlə heç məşğul ola bilmərəm”.

Daha sonra aparıcı çapqın kişi olmadığını vurğulayıb:

"Kişilər qadınlardan daha çapqındır. Qadın bütün qəlbi və ruhu ilə aşiq olur, kişi isə gözü ilə. Yəni qadınlar bizim kimi 24 saat axtarışda deyil. Kişilər 24 saat axtarışdadır. Amma özümün çapqın olduğunu düşünmürəm. Ətrafdakıları görürəm də, mən onların yanında süddən çıxmış ağ qaşıq kimiyəm"./publika


 

İcmal.Az

RƏYLƏR