Messi Suriyada yüzlərlə şagirdin təhsil xərclərini ödəyəcək - "Bir ata kimi..."

OXUNUB: 1013 İDMAN

"Barselona"nın argentinalı futbolçusu Lionel Messi Suriyada 1600 şagirdin təhsil həyatına davam edə bilməsi üçün 20 sinif inşa etdirib.

UNICEF-in elçisi olan ulduz futbolçu eyni zamanda, burada təhsil alan şagirdlərdən 60%-nin təhsil xərclərini ödəyəcək. O, bu haqda belə deyib: "Günümüzdə müharibənin fəsadları çox ciddidir. Bir ata və UNICEF-in elçisi olaraq qəlbim sarsılır. Döyüşlərin sona çatmağı üçün əlimizdən gələni əsirgəməməliyik"./metbuat

 İcmal.Az

RƏYLƏR