Londonda hər il olduğu kimi bu il də "Şalvarsız metro günü” ("No Trousers Tube Ride") keçirilib.
Həmin gün yüzlərlə insan metro ilə şalvar geyinmədən səyahət edib.
İlk dəfə 16 il bundan əvvəl Nyu-Yorkda insanları əyləndirmək üçün həyata keçirilən bu layihə 9 ildir İngiltərədə davam edir. Əvvəl yalnız Londonda "Şalvarsız metro günü” olurdusa, bu il ölkənin 660-dan çox şəhərindən 400 insan bu layihəyə qoşulub.
Onlar üst hissədən papaq, şərf, ködəkçə geyinsələr də, şalvarsız metroya düşərək istədikləri ünvana yollanıblar.
Qeyd olunur ki, bu fəaliyyətin əsas məqsədi qəribə bir ənənəni əyləncəyə çevirmək və səyahət edənlərin üzündə təbəssüm yaratmaqdır./axşam

İcmal.Az