MİDA-dan pulunu tələb etdi, həbs edildi - İŞ ADAMININ ACI AQİBƏTİ

OXUNUB: 356 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Samir Feyruzov məlumat verib: "Fotodakı adamın adı Nizam Mustafayevdir, iş adamıdır. Yaxınlarının dediyinə görə, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) işlərini görüb. Bir neçə ildir MİDA bu adama 480 min manat pul borcludur.

Haqqını tələb etdiyinə görə, N.Mustafayev bu gün saxlanılıb və ona 1 ay həbs verilib. O, Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın qərarı ilə həbs edilib.

Yaxınları bildirir ki, N.Mustafayev sifarişlə həbs olunub və MİDA-dan pulunu tələb etdiyinə görə o, bundan əvvəl də 1 il 6 ay həbs həyatı yaşayıb."

RƏYLƏR