Mingəçevir Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib

OXUNUB: 440 Özəl İQTİSADİYYAT
7news.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Elmi Şuranın iclasında geniş nitq söyləmişdir. Universitetdə aparılan islahatlardan söz açan rektor bir sıra məqamlara toxunmuşdur. Elmi Şurada professor-müəllim heyətinin və eləcədə digər əməkdaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra qərarlar qəbul edilmişdir. Cari aydan etibarən elmi dərəcə və ya elmi ad alacaq əməkdaşlara bir aylıq əmək haqqı məbləğində birdəfəlik mükafat, xarici dil bacarıqlarına dair beynəlxalq səviyyədə qəbul edilən (TOEFL, IELTS və s.) sertifikatlara sahib olan MDU əməkdaşlarının aylıq əmək haqlarına müvafiq əlavələr ediləcək. Bundan əlavə Fəlsəfə Doktoru elmi dərəcəsi alacaq MDU-nun müəllimləri baş müəllim vəzifəsinə, Fəlsəfə Doktoru elmi dərəcəsi olan MDU müəllimləri isə baş müəllim vəzifəsinə keçiriləcəklər.
Bununla yanaşı Fəlsəfə Doktoru və Elmlər Doktoru elmi dərəcəsi olan MDU əməkdaşlarının aylıq əmək haqlarına 15 sentyabr 2024-cü il tarixindən etibarən müvafiq əlavələr (mövcud əlavələr artırılmaqla) ediləcək.
Rektor Şahin Bayramov: MDU-nun kadr potensialının gücləndirilməsi və əməkdaşların sosial təminatının yaxşılaşdırılması əsas prioritetlərimiz sırasındadır!

MDU yeni dövrün universitetinə çevrilir!
 
 



RƏYLƏR