Mingəçevir şəhər İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər. Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinə növbəti təcrübə keçmək üçün 3 gənc qəbul edildi. Sosial məsafəni qorumaqla keçən tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərə bildirdi ki, bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri həyata keçir:” Biz çalışırıq ki, şəhər İcra Hakimiyyətinə aid olan səlahiyyətlər çərçivəsində fəaliyyət davam etdirilsin. Könüllülük fəaliyyətinin azərbaycanda artıq səmərəsi görünür.Yəni Könüllülük İnstitutunun yaranması əslində gənclərin gələcək həyata hazırlanması və peşəkar fəaliyyətdə bir vəsilədir”. İcra başçısı gənclərə onu da bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğu vurğulanıb. Qeyd olunub ki, Könüllülər gündəlik iş proseslərində aktiv şəkildə iştirak edəcəklər”.
Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələnəcklərini və gələcəkdə iş karyerasında əldə etdikləri təcrübədən yararlanacaqlarını bildiriblər.
Sonda icra başçısı gənclərə könüllülük fəaliyyətində uğurlar arzulayıb.
Ana səhifə
/
GÜNDƏM / Mingəçevir icra başçısından nümunəvi addım: TƏCRÜBƏ KEÇƏCƏK KÖNÜLLÜLƏRİ QƏBUL ETDİ
Mingəçevir icra başçısından nümunəvi addım: TƏCRÜBƏ KEÇƏCƏK KÖNÜLLÜLƏRİ QƏBUL ETDİ
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Gömrük orqanları sahibkarların belini qırır...
16.09.2026, 20:27 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
Avtovağzal metrosuna 3 dəqiqəlik məsafədə mənzillər: Biləcəridə hansı seçimlər var?
16.09.2026, 16:30 / GÜNDƏM, Özəl, SOSİAL -
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
16.09.2026, 15:08 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT -
“YAŞAT” Fondunun şəhid övladları üçün Çanaqqalada layihəsi yekunlaşıb
09.09.2026, 11:19 / GÜNDƏM, Özəl, SOSİAL -
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
09.09.2026, 10:10 / GÜNDƏM, HADİSƏ -
Qısamüddətli külək “Sabah Residence” fasadını darmadağın etdi: PREMİUM BİNANIN ƏSL "SİMASI"
08.09.2026, 15:25 / GÜNDƏM, Özəl, HADİSƏ -
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir
07.09.2026, 15:49 / GÜNDƏM, Özəl, İQTİSADİYYAT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
SOSİAL MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNDƏN REKORD GÖSTƏRİCİ: 98,10% QƏBUL VƏ 1717 BAKALAVR TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ TƏLƏBƏ QƏBULU !
-
SOSİAL Mingəçevir Dövlət Universitetində bakalavriat səviyyəsi üzrə qəbul planı 100% dolub: 1750 nəfər tələbə adını qazanıb
-
Səhiyyə, İQTİSADİYYAT 2021-ci ildə "Azər-Türk Med"də aparılan plastik əməliyyatla bağlı cinayət işi başlanacaq

























