Monika Belluçi: "Əgər keçmişə dönə bilsəm..." - Foto/Video

OXUNUB: 2097 ŞOU-BİZNES

Oynadığı filmlərdəki açıq-saçıq səhnələrlə yaddaşlarda qalan İtalyan aktrisa Monika Belluçi "Əgər keçmişə dönə bilsəm, yenə eyni filmlərdə oynayardım" deyib.

 İspaniyanın San Sebastian şəhərində təşkil edilən 65-ci San Sebastian Beynəlxalq Film Festivalında İtalyan aktrisa Monika Belluçiyə "Karyera Mükafatı" (Donostiya) təqdim edilib. Gözəl aktrisa çıxışı zamanı etiraflar etməyi də unutmayıb.

Mətbuat konfransında mükafata görə çox həyəcanlı olduğunu ifadə edən İtalya kino sənətçisi "Əvvəlcə çalışdığım bütün rejissorlara təşəkkür edirəm. Bütün dünyanı gəzdim və fərqli mədəniyyətlər tanıdım. Rol aldığım filmlər mənim üçün böyük təcrübə oldu. Əgər keçmişə dönə bilsəm, yenə eyni filmlərdə oynayardım; çünki bu filmlərdə oynamağım mənə çox şey öyrətdi."/teleqraf.com

Məşhur aktrisanın cıxışının videorolikini təqdim edirik:

 

 

 

İcmal.Az

RƏYLƏR