MTN-in tutduğu şəxs azadlığa buraxıldı

OXUNUB: 1034 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kompüter informasiyasına qanunsuz olaraq daxil olmaqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Musayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Musayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. MTN-nin həmin vaxt yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarmış və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.

İcmal.Az

RƏYLƏR