Müəlliməni maaşından şikayət etdiyinə görə məktəbdəcə qandalladılar - VİDEO

OXUNUB: 533 DÜNYA

ABŞ-ın Luiziana ştatında müəliimə qandallanaraq məktəb iclasından çıxarılıb.

Buna səbəb ingilis dili müəlliməsi Deyşa Xarqreyvin iclasda çıxış edərək maaşından şikayətlənməsi olub.

Ona şikayətin müəyyən olunmuş qaydaya uyğun olaraq edilmədiyi bildirilib və o, polis əməkdaşı tərəfindən qandallanaraq məktəb binasından çıxarılıb. Bu zaman o, polis əməkdaşına müqavimət göstərməyə çalışıb.

Bildirilir ki, daha sonra məktəb rəhbərliyi Xarqreyvə qarşı heç bir iddia qaldırmayıb, lakin buna baxmayaraq o, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunaraq həbs edilib./trend

 

İcmal.Az


В США учительницу арестовали после жалобы на зарплату

RƏYLƏR