"Müğənni qızla evlənmək olmaz, ailəmizə uyğun deyil..." - 4 uşaq atası olan Elçin

OXUNUB: 933 ŞOU-BİZNES
Müğənni Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib. 

"Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, oğlanlarına müğənni qızla evlənməyə icazə verməz: 

"Şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Mən demirəm ki, müğənni ilə qəti ailə qurmaq olmaz. Amma açıq deyim, bizdə bu olmaz. Biz səkkiz övlad valideynlərimizin məsləhəti ilə ailə qurmuşuq. Bugünkü gündə də nəslimizin bir ağsaqqalı var. Ailə, nəsil kiçik bir dövlətdir. Bu dövlətin də rəhbəri olur.

O rəhbərin düzgün məsləhəti, yolu olmasa, olmaz. Qardaşım, bacım övladlarına məsləhət verirəm. Aralarında ailə quranları da var. Onların da məsləhətlərini mən vermişəm. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil. Şou aləmində müğənni ilə ailə quranlar da var. Yəni, burada qəbahət bir şey görmürəm. Amma bu, bizim ailəyə, qayda-qanunlarımıza uyğun deyil”.
 
 
İcmal.Az

RƏYLƏR