Müştərilər “TamStore”dan narazıdır – VİDEO

OXUNUB: 0 İQTİSADİYYAT
"TamStore” marketlər şəbəkəsinin elan etdiyi endirim kampaniyasının yalan olduğu iddia edilib.

Bu barədə bir vətəndaş sosial şəbəkədə video paylaşıb. O bildirib ki, bir müddətdir böyük endirim olacağı ilə bağlı məljmatlar verilən marketdə endirimli məhsul tapmaq olmur.

Şikayətçi bildirib ki, gündəlik lazım olan heç bir məhsula endirim edilməyib.

Müştəri "Tam Store”u yalan endirim çağlrışına görə qınayıb.

"TamStore”a sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə oxuculara təqdim ediləcək.

RƏYLƏR