bu barədə Rövşən Fətiyev sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, notbuku alarkən ilkin olaraq 118 manat ödəyib, daha sonra 12 ay müddətinə hər ay 192 manat hissə-hissə ödəniş etməyə başlayıb.
Lakin ödənişlərin 10-cu ayında cihazın ekranında xətlər yaranıb.
Təxminən 10 gün sonra ona cihazda zavod qüsuru olduğu bildirilib və notbukun yenisi ilə əvəzlənəcəyi vəd edilib.
Rövşən Fətiyev qeyd edib ki, sonradan şirkətin Bakı ofisindən və Müştəri Məmnuniyyəti Xidmətindən onunla əlaqə saxlanılıb. Yeni notbuk üçün ondan 131 manat əlavə pul istəyiblər.
Onun iddiasına görə, sonradan yeni notbuk üçün ümumilikdə 2395 manat ödəməli olduğu deyilib. Müştəri razılaşmayıb və notbukun ona qaytarılmasını tələb edib.
Lakin iki aya yaxındır notbukunu geri ala bilmir.
Şikayətçi məsələ ilə bağlı məhkəməyə müraciət etməyi düşündüyünü bildirib.
"Kontakt Home”un mövqeyini dərc etməyə hazırıq.






















