Myanma gözəlinin tacı əlindən alındı – FOTO

OXUNUB: 802 ŞOU-BİZNES

"Miss Grand Myanmar - 2017” titulunun sahibi, 19 yaşlı Shwe Eain Sinin tacı Rohinca müsəlmanları ilə bağlı paylaşımından sonra əlindən alınıb.

O, Myanma hökumətinin terror təşkilatı olaraq xarakterizə etdiyi Arakan Rohinca Qurtuluş Ordusunun (ARSA) Rakhayn əyalətində şiddətə səbəb olmaqda günahlandıran bir videousunu "Facebook” hesabında paylaşıb. Gözəllik yarışmasını təşkil edən "Hello Madam Group” gözəlin tacını siyasi şərhləri səbəbi ilə geri almağa qərar verib.

Onun paylaşdığı videoda işgəncə çəkmiş uşaqlar görünür və Shwe izləyicilərinə səsləndiyi videoda bu şiddətin səbəbkarının ARSA olduğunu söyləyir.

Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə/oxu qırğınlara məruz qalırlar.

 

RƏYLƏR