Nadir Qafarzadənin yol qırağında çörək satan bacısı haqqında gizlinlər açıldı - VİDEO

OXUNUB: 1555 ŞOU-BİZNES
Hər buraxlışında müxtəlif regiona səfər edən aparıcı Ülviyyə Əliyeva və onun məşhur qonaqları bu dəfə Xızıya yola düşüblər.

Verilişin ilk dəqiqələrindən rayonun girişində yol kənarında maşını saxlayan çəkiliş heyəti təndir çörəyi bişirib satan qadını görüncə ora yaxınlaşıblar. Verilişin aparıcısı təndir çörəyini bişirən qadına "Xala, üzün mənə elə tanış gəlir" deyə müraciət edib. Qadın müğənni Nadir Qafarzadənin böyük bacısı (Afət) olduğunu söyləyib.

Bu məsələnin nə qədər həqiqətə uyğun olduğunu bilmək üçün baku.ws verilişin aparıcısı Ülviyyə ilə əlaqə saxlayıb. Aktrisa bildirdi ki, hər kəsin düşündüyü kimi bu, bir şou deyildi:

"Həqiqətən də Afət xanım müğənni Nadir Qafarzadənin bacısıdır. Yorulduğumuzu görən Afət xanım bizi evinə qonaq çağırdı. Onun 4 otaqlı, gözəl, işıqlı və şəraiti olan evi var. Sosial şəbəkələrdə yazırlar ki, yəqin Nadirin bacısı yoxsul yaşayır. Bu, əsla belə deyil. Bizim komandamıza gözəl süfrə də açdı. Afət həm də etiraf etdi ki, qardaşı Nadir qayğısını və yardımını onlardan əsirgəmir".

Verilişdən sözügedən kadrları sizə təqdim edirik./big

 
İcmal.Az

RƏYLƏR