Naftalanda sanatoriyada 31 yaşlı qadın güllələndi - YENİLƏNİB

OXUNUB: 507 HADİSƏ
Naftalandakı güllələnmə ilə bağlı bəzi məqamlar məlum olub.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərindəki "Sehrli Naftalan” sanatoriyasında baş verib. Orada qeydiyyatçı işləyən, 1987-ci il təvəllüdlü Günay Zeynalova sürücü Əli Hüseynov tərəfindən mübahisə zəminində baş verən münaqişə nəticəsində güllələnib.

Ə. Hüseynov saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

***16:30

Naftalan sakini güllələnib.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
 
İcmal.Az

RƏYLƏR