Naibə Allahverdiyevanın əri iki uşağını küçəyə atır - ŞİKAYƏT/İDDİA

OXUNUB: 1615 Seçilmiş Önəmli
Əməkdar artist Naibə Allahverdiyevanın əri övladlarını küçəyə atması ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətdə bildirilir: Aktrisanın əri İsmayılov Yusif keçmiş həyat yoldaşını və 2 övladını yaşadıqları mənzildən çıxarmaq üçün onları hədələyib və aidiyyatı orqanlara bununla bağlı müraciət ediblər. Bu haqda məlumatı Yusif İsmayılovun keçmiş həyat yoldaşı Nərgiz Əliyeva verib.
Əməkdar artist Naibə Allahverdiyevanın əri övladlarını küçəyə atması ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Şikayətdə bildirilir: Aktrisanın əri İsmayılov Yusif keçmiş həyat yoldaşını və 2 övladını yaşadıqları mənzildən çıxarmaq üçün onları hədələyib və aidiyyatı orqanlara bununla bağlı müraciət ediblər. Bu haqda məlumatı Yusif İsmayılovun keçmiş həyat yoldaşı Nərgiz Əliyeva verib.

 
O, keçmiş əri Yusifin narkotik maddə qəbul etdiyindən onu və övladlarını döydünü iddia edib: "Dəfələrlə həkimə aparıb, öz puluma evdə müalicə etdirmişəm, ancaq xeyri olmadığını görüb boşandım. Yenə də bizdən əl çəkmədi, evə gəlir məni, övladlarımı döyürdü. Bu müddət də yenidən evlənməyi təklif edirdi mənə, ancaq müalicəyə davam etsə, buna razı olacağımı dedim. Beləliklə, gəlib övladlarının yanında qalırdı, həmin vaxtı restoranda administrator işləyirdi. Naibə Allahverdiyeva da orda xına mərasimləri təşkil edirdi. Tanışlığımız vardı. Bir gün Naibəylə evləndiyini sosial mediadan görüb tanıyanlar xəbər verdi, bunun nə demək olduğunu soruşanda, sadəcə bir oyun olduğunu dedi və inanmıramsa, mənimlə elə indicə "zaqs"a gedə biləcəyini dedi. Mən də bir daha məni narahat etməməyi xahiş etdim. Dəfələrlə gəlib zorakılıq tətbiq etdiyindən polis nəzarətindəyik. Hazırda yaşadığım ev atasının adınadır, ancaq boşananda onlar evin özlərinə düşən payını satdılar, digər hissəsi də mənə və övladlarıma qaldı. İndi o ev plana düşüb və keçmiş ərim onun pulunu almaq üçün hər yola əl atır. Deyir, o pula maşın alacam, istəyirsiniz, küçədə qalın. Naibə Allahverdiyeva da öz məşhurluğundan istifadə edib bütün qurumlara müraciət edir. 2 evi, maşını və. s olan aktrisa və əri balalarımı küçəyə atmağa çalışır. Salonda usta işləyib körpə yaşlarından balalarımı tək böyütmüşəm, heç nəyə ehtiyacı olmayan insalar iki övladı küçəyə atmağa necə razı ola bilərlər?! Evlənəndə xəbər saytlarına "Bu günə kimi xoşbəxtliyin nə olduğunu bilməmişəm. Amma, sən demə, qadın üçün pul, var-dövlət, ad-san boş şeymiş" deyən Naibə Allahverdiyev aidiyyatı qurumlara gedib evin pulunu tələb edir".

Şikayətlə bağlı, Naibə Allahverdiyeva ilə əlaqə saxladıq. O, ailəsinə dəstək olmaq üçün onlarla getdiyini, evin qaynatasının adına olduğunu və hər bir övladın ailə qursalar belə orda payının olduğunu söylədi. Evdə Nərgiz Əliyevanın heç bir haqqı olmadığını bildirdi./a24.az

İcmal.Az

RƏYLƏR