"Domino's Pizza"nın kampaniyası can aldı - FOTO

OXUNUB: 729 Seçilmiş Önəmli
"Domino's Azerbaijan" şirkətinin "30 dəqiqəyə çatdırılma kompaniyası" bir gəncin həyatına son qoyub.

icmal.az xəbər verir ki, bu barədə məlumat "Facebook”da aktiv qruplardan olan "Müştəriyəm şikayətim var"da paylaşılıb.
Məlumata görə "Domino's Azerbaijan" şirkətinin kuryeri olan Ülvi adlı gənc, şirkətin həyata keçirdiyi "30 dəqiqəyə çatdırılma kompaniyası"na görə motosikleti yüksək sürətlə idarə edib və ağır qəza keçirib.
Bakı şəhəri "Atatürk” prospektində baş verən qəza nəticəsində Ülvi həyatını itirib. Baş verən hadisə sosial şəbəkələrdə insanların haqlı narazılığına səbəb olub. İnsanlar şirkətdən bu kampaniyanın ləğv olunmasını tələb ediblər. "Domino's Azerbaijan"nı boykot etməyə çağırıblar. Bəzi müştərilər hətta şirkəti qatil olmaqda günahlandırıblar.
Qeyd edək ki, şirkətin əməkdaşları pizzanı müştəriyə vaxtında çatdırmadıqda, həmin məbləğ kuryerlərin məvacibindən çıxılır. Bu isə motosikletlərlə sifariş çatdıran kuryerlərin həyatını riskə atır. Sosial şəbəkələrdə yer alan paylaşımlara görə, hər ay 10-dan artıq "Domino's Azerbaijan" kuryeri müxtəlif tipli qəza keçirir.

RƏYLƏR