Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, 27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.
Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.
Bu mənada "Neptun Supermarketlər Şəbəkəsi”nin atdığı addım nümunəvidir və orudmuza dəstəyin bariz nümunəsidir. Xalqımız üçün həssas dönəmdə "Neptun Supermarketlər Şəbəkəsi”nin, hər zaman olduğu kimi, prosesə öz tövhəsini verməsi hər kəs tərəfindən rəğbətlə qarşılanıb.
Məlumatda qeyd olunur ki, "Neptun Supermarketlər Şəbəkəsi” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 30000 AZN (Otuz min manat) məbləğində ianə köçürüb. Əminik ki, bu nümunəvi addım digər sahibkarlıq subyektləri üçün gözəl nümunə və başlanğıc olacaqdır.
Tanrı Azərbaycan xalqını və ordusunu qorusun!
Qarabağda görüşənədək!