Nigar Röya ilə qalmaqalından danışdı: Məni söyürdülər - FOTO

OXUNUB: 756 ŞOU-BİZNES

"Eurovision 2011”-in qalibi müğənni Nigar Camal Əməkdar artist Röya Ayxanla aralarında olan qalmaqaldan danışıb.

İcmal.Az-ın məlumatına görə, "APA TV”-nin "Show time” verilişinə qonaq olan N.Camal həmkarının cavabını verib.

 "Sosial şəbəkədə canlı yayıma qoşuluram, insanlar da mənə bu qalmaqal barədə sual verirlər. İstəyirsən ki, onlara qəşəng formada nəsə cavab yazasan, alınmır. Saytları da açıram ki, biri elə yazıb, biri də belə. Mənim də beynim döndü. Bilirsiniz, elə bil insanların özü qalmaqal istəyir. Bu məsələdə adiyyəti olmayan insanlar danışdılar, məcbur olub mən də danışası oldum. Sosial şəbəkədə hətta məni də söyürdülər. Bu, nə deməkdir? Mən əvvəldən Röyaya deyirdim ki, əgər nəsə xoşuna gəlmədisə, mənə zəng et, de. Biz Türkiyədə bir şəhərdə qalırdıq. Zəng edərdin, deyərdin ki, Nigar, səninlə işim var, görüşək. Bu məsələni oturub danışardıq. Axı mən bilmirəm ki, arxamda nə söhbətlər gedir”, - deyə o bildirib.

Qeyd edək ki, R.Ayxanla N.Camal arasındakı qalmaqal "Altın Kelebek” mükafatlandırma mərasimindən sonra olub. Əməkdar artist yarışdan sonra Nigara bu sözləri demişdi:
"Mən Nəsiblə (aparıcı Nəsib Nur –red.) birinci salamlaşıb, keçib bunları gözləyirdim. Mən haradan bilim ki, bu qız, sən demə, gözləyir ki, mən çıxıb gedim, sonra gəlsin. Çox səy qızam, bunu bildim. Anar əlini atıb məni çağırana kimi, bu qışqırır ki, "Bunu niyə çağırmısız?” "Bu” sənsən e. Qaça-qaça əlində bir dənə bayrağı götürmüsən. Yaxşı ki, o oğlanın - Eldarın ayağı düşüb sənə. O, Eldarın şansı idi, bunun başına qonmuşdu. Bir dənə "Eurovision”a gedib-gəlmisən deyə özünü nə zənn edirsən? Mənim adım çəkiləndə mən əlimi uzatdım, o, mənə arxasını çevirdi. Arxası da hamısında yapışdırılmadı. Mən axıradək Nigarın qalib olacağını düşünürdüm. Yoxsa, mən də anamla gələrdim, ora sevgililərimi yığardım”.

İcmal.Az

RƏYLƏR